İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sosial şəbəkədəki istifadəçi hesabında Hüseyn (ə) Aşurası ilə bağlı bütün müsəlmanlara, şiələrə və dünyanın azad insanlarına başsağlığı verərək yazıb: “İmam Hüseyn (ə) allahçılığın, ən yüksək əxlaqi və insani fəzilətlərin, zülmlə mübarizənin və dünya tağutları və şeytanlarının üsyan və tüğyanının qarşısında təslim olmamağın bayraqdarıdır.”
Kənani əlavə edib: “Hüseynin Aşura günü Aşura mədəniyyətinin təbliğatçısı, dövrün yezidilərinə qarşı çıxmaqda Hüseyn (ə) və başıuca səhabələrinin nidasının əks-sədası, fələstinli məzlumların, uşaq və qadınların dəstəkçisi olaq, İsrailin şər və terrorçu kimliyini və bu rejimin cinayətkar tərəfdarlarını rüsvay edək.”
XİN sözsüçü sonda yazıb: “Biz İmam Hüseyn ümmətiyik.”
Sizin rəyiniz